RU

Azərbaycan voleybolçuları III MDB Oyunlarında qələbə qazanıblar

III MDB Oyunlarında mübarizəyə start verən Azərbaycanın 17 yaşadək oğlanlardan ibarət voleybol millisi qələbə qazanıb.

“İki sahil” xəbər verir ki, yığma Gəncə İdman Sarayında qarşılaşdığı Qırğızıstan seçməsini 3:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, günün ilk görüşündə Rusiya seçməsi Özbəkistanı 3:1 hesabı ilə üstələyib.

Избранный
13
8
ikisahil.az

8Источники