RU

Türkiyənin döyüş gəmiləri Qəzzaya yaxınlaşır

Türkiyənin

Qəzzaya humanitar yardım çatdırmaq missiyası ilə başladılan ən böyük təşəbbüslərdən biri Qlobal Sumud Flotillası günlərdir Aralıq dənizində irəliləyir. Onlarla gəmidən ibarət donanma böyük miqdarda humanitar yardım, xüsusilə də tibbi ləvazimatlar daşıyır. Türkiyə Qəzzaya indiyə qədər həyata keçirilən ən böyük kütləvi yardım əməliyyatı olan bu təşəbbüsdə fəal rol alır.

Reyting.az
xəbər verir ki, fransız analitik Arnaud Bertrand donanmanın Türkiyə döyüş gəmiləri ilə yanaşı İspaniya və İtaliya gəmilərinin də müşayiət etdiyini bildirərək İsrailin bu missiyaya hücum etməməsi üçün iki dəfə düşünməli olduğunu qeyd edib.

Bertrandın sözlərinə görə, bu gəmilər rəsmi olaraq “yardım və xilasetmə” üçün bölgədədir. Bununla belə, analitik döyüş gəmilərinin seçilməsinin təsadüf olmadığını vurğulayıb: “Məqsəd sırf xilas etmək olsaydı, sahil mühafizə gəmiləri kifayət edərdi. Döyüş gəmiləri potensial qarşıdurmaya hazırlığı təşkil edir. Türkiyənin bölgədə olması özlüyündə bir çəkindirici qüvvədir”.

Fransız analitikə görə, Sumud Flotilla ilə bağlı üç kritik ssenari göz qabağındadır:

İsrail müdaxilə etməsə, donanma Qəzzaya humanitar yardım çatdıracaq.

Bertandın fikrincə, bu, blokadanın yarıldığı tarixi bir an kimi qeydə alınacaq və Türkiyənin öndə olması ilə yeni dövrün başlanğıcını qoyacaq.

İkinci ssenaridə Bertand iddia edir ki, Türkiyə hərbi gəmiləri İsrailin potensial hücumu zamanı vəziyyəti izləyəcək.

Bertandın ən kritik ssenarisinə görə, İsrail müdaxilə edir və Türkiyə hərbi gəmiləri cavab verir. Belə olan halda NATO-ya üzv ölkələrlə İsrail arasında birbaşa hərbi böhran yaranacaq. Belə bir inkişaf təkcə Şərqi Aralıq dənizini deyil, bütün qlobal güc balansını dərindən sarsıda bilər.

“Hökumətlər ümid edir ki, İsrail geri çəkiləcək. Bununla belə, hərbi gəmilərin yerləşdirilməsi göstərir ki, lazım gələrsə, qisas almaq istəyi masadadır”,- o qeyd edib.

Bertand əlavə edib ki, Türkiyənin yerdəki güclü varlığı Qəzzaya bu tarixi yardım təşəbbüsünü sadəcə humanitar təşəbbüsdən beynəlxalq tarazlıqları sarsıdacaq siyasi çağırışa çevirib.

ELÇİN
Избранный
6
1
reyting.az

2Источники