RU

“Neftçi” ilə zarafat etmək olmaz” – Sevgisini gizlətmədi

“Karvan-Yevlax” 3 oyundur davam edən məğlubiyyət seriyasına son qoydu.

Həm də necə?

Çempionluğa iddialı “Neftçi”ylə səfər qarşılaşmasında qolsuz bərabərə qalıb 1 xal qoparmaqla.

Görüş başa çatandan sonra Yevlax təmsilçisinin düşərgəsində bayram ab-havası hiss olunması anlaşılan idi.

Oyunun ən yaxşılarından olan nigeriyalı yarımmüdafiəçi Gavi Tompson Sportinfo.az-a verdiyi müsahibədə sualları cavablandırıb.

- Oyunu və nəticəni necə dəyərləndirirsən?

- Son matçlarda qələbə qazana bilməməyimiz müəyyən gərginlik yaratmışdı. Artıq itiriləcək heç nəyimiz qalmamışdı. Sözü bir yerə qoyduq ki, nəyin bahasına olursa-olsun uduzmamalıyıq. Meydanca canımızı qoyaraq haqq etdiyimiz 1 xalı qazandıq. Pis nəticə deyil.

- Pis deyil, yoxsa qələbəyə bərabər heç-heçədir?

- Qələbənin öz yeri var, heç-heçənin öz yeri. Bu gün 3 yox, 1 xal qazandıq.

- Oyunun sonlarına yaxın əks-hücumlarda fərqlənmək imkanınız olsa da, sanki böyük qüvvə ilə irəli atılmaqdan çəkinirdiniz. 0:0-ın ürəyinizcə olması kənardan aşkar hiss olunurdu.

- “Neftçi” kimi rəqiblə zarafat etmək olmaz. Bacardığımız qədər nəsə etməyə çalışırdıq. Lakin belə məqamda 5-6 nəfərlə hücuma atılmaq risk olardı. Məqsədimiz ardıcıl 3 yenilgidən sonra məğlub olmamaq, imkan yaranacağı təqdirdə qol vurmaq idi.

- “Neftçi” niyə qələbə qazana bilmədi?

- Çünki biz əsl döyüşçülər kimi döyüşdük, uduzmamaq üçün meydanda ürəyimizi qoyduq. Mübarizlik göstərəndə hədiyyəsiz qalmırsan.

- “Karvan-Yevlax”ın cari mövsümdə ən yaxşı oyununu keçirməsi fikri ilə razısan?

- Kollektiv şəkildə apardığımız mübarizəni nəzərdə tutursunuzsa, bəli, tam razıyam. Ancaq oyunun gözəlliyindən danışırıqsa, “Kəpəz”ə 3 qol vurduğumuz matçı fərqləndirərdim.

- Heyətdəki dəyişikliklərin komandaya köməyi dəydi?

- Əlbəttə. Sevindirici hal odur ki, heç kim ehtiyatda qalmağa görə etiraz etmir. Üstəlik, keçən görüşdə meydana çıxmayanlar şans qazandığı təqdirdə əlindən gələni edir. Bu, kollektivçilikdən xəbər verir.

 

HƏBİB

Избранный
15
2
hurriyyet.az

3Источники