Azərbaycan Respublikasında rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Bakıda rəsmi qarşılanma mərasimi olub.
Leqal.info xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda İtaliya Respublikasının Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanı qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi İtaliya Respublikasının Prezidentinə raport verib.
İtaliya Respublikası və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın qarşısından keçib.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.
Leqal.info
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта