RU

İşini itirən baş məşqçi bu hadisənin iştirakçılarının arxasınca getdi… VİDEO 

«Kəpəz»in sabiq baş məşqçisi Azər Bağırov gəncəli azarkeşlərə mənəvi dəstək olub.

Bilindiyi kimi, onun keçmiş komandası

Premyer Liqanın 6-cı turu çərçivəsində Suraxanıda “Turan Tovuz”un qonağı olub -3:0.

Qərb derbisində tovuzluların 1 saat ərzində rəqib qapısından 3 top keçirməsi gəncəli azarkeşləri özündən çıxarıb.

“Xəmsə” və “Kəpəz Ultras”ın yer aldığı tribunadan “Turan Tovuz”un ünvanına təhqiramiz şüar səsləndirilib. Çox keçmədən qarşı sektordan eyni məzmunlu cavab gəlib.

Həmin vaxt “Xəmsə”nin üzvlərindən biri oturacağı sındırıb.

Stadiona ziyan vurulduğunu görən polislər xuliqanlıq edən azarkeşi polis şöbəsinə aparıb.

Matçı canlı izləyən Bağırov hadisənin ardından fanatların arxasınca yollanıb. O, “Kəpəz“ tərəfdarları ilə görüşüb, problemləri ilə maraqlanıb.

Xülasə, xeyli vaxtını onlarla keçirib.

A.Bağıov ötən ilin sentyabrından bu ilin iyununa qədər “sarı-göylər“i çalışdırıb. Komandanı Premyer Liqada saxlamaq tapşırığının öhdəsindən gələn məşqçiyə yeni rəhbərlik qapını göstərib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Избранный
6
1
sportinfo.az

2Источники