RU

4 boksçumuz yarımfinalda

Footbal-plus portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycanın ev sahibliyi etdiyi 3-cü MDB Oyunlarının boks yarışlarında ikinci günün döyüşləri başa çatıb."Football-plus.az" xəbər verir ki, Yevlax Olimpiya İdman Kompleksində təşkil olunan turnirin 1/4 final mərhələsində millimizin daha 4 idmançısı qələbə qazanıb.Gülər Hüseynova (48 kq) Bibisoro Racabovanı (Tacikistan) məğlub edib – 4:1 (26:30, 26:30, 26:30, 27:30, 29:28). O, yarımfinalda Şahnozabonu İmomaliyeva (Özbəkistan) ilə üz-üzə gələcək.Qardaş Rəhimov (46 kq) Mikita Beskaravaynidən (Belarus) güclü olub. Boksçumuz rəqibinə 3:2 (28:29, 30:27, 29:28, 30:27, 27:30) hesabı ilə qalib gəlib. O, finala gedən yolda Damir Nazarovla (Tacikistan) münasibətinə aydınlıq gətirəcək.Eyni çəkidə Əli Ruşanov da adını yarımfinala yazdırıb. Milli üzvü Anqsar Ussenxanu (Qazaxıstan) mübarizədən kənarlaşdırıb – 4:1 (29:28, 29:28, 27:30, 29:28, 30:27). Ruşanov növbəti qarşılaşmasında Utkırbek Norkosimovu (Özbəkistan) sınağa çəkəcək.Ayxan Həsənov (50 kq) isə Dayanç Orayevdən (Türkmənistan) üstün olub. Boksçumuz 4:1 (27:30, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. O, növbəti görüşündə Behruz Umarovla (Tacikistan) döyüşəcək.Yarımfinala yüksələn boksçularımız özləri üçün azı bürünc medalı da təmin ediblər.Qeyd edək ki, MDB Oyunlarında qızların yarımfinal görüşləri oktyabrın 2-də, oğlanlarda ertəsi gün olacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
15
15
icma.az

10Источники