ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində keçiriləcək “Kopenhagen” (Danimarka) ilə oyun öncəsi azarkeşlərə xüsusi sürpriz hazırlayıb.
Axar.az klubun rəsmi saytına istinadən xəbər verir ki, matçdan əvvəl Qarabağ atları stadionun ətrafında dövrə vuraraq tribunadakı azarkeşlərə unudulmaz anlar yaşadacaq.
Bu ənənəvi simvol klubun adını və Qarabağ ruhunu azarkeşlərə daha yaxından çatdırmaq məqsədi daşıyır.
Dövrə stadionun atletika zolağında saat 19:35-də start götürəcək. Bu, azarkeşlər üçün motivasiya məqsədilə nəzərdə tutulub.
Qeyd edək ki, “Qarabağ” - “Kopenhagen” matçı oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:45-də start götürəcək.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.