RU

Türkiyə Milli Təhlükəsizlik Şurası: Naxçıvan ilə maneəsiz nəqliyyat əlaqəsi regionun bütün ölkələri üçün faydalı olacaq

Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz daşımalara imkan yaradacaq nəqliyyat əlaqəsi əhəmiyyət kəsb edir və regionun bütün ölkələri üçün faydalı nəticələr doğuracaq.

AZƏRTAC xəbər verir ki, bu fikir Türkiyə Milli Təhlükəsizlik Şurasının sentyabrın 30-da Ankarada keçirilən iclasının yekunlarına dair bəyanatda öz əksini tapıb.

Təhlükəsizlik Şurasının üzvləri Türkiyənin Cənubi Qafqazda sülhün bərqərar olması istiqamətindəki iradəsini vurğulayıblar.

İclas iştirakçıları Ermənistanla normallaşma prosesi ilə yanaşı, Yaxın Şərqdəki vəziyyəti, Kipr, Suriya, İraq və Ukrayna-Rusiya müharibəsi kimi məsələləri də diqqət mərkəzində saxlayıblar.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara 

Избранный
11
8
xalqqazeti.az

10Источники