RU

Qızıl medal qazanan Azərbaycan taekvondoçusu: Gələcək hədəfim Olimpiya çempionu olmaqdır VİDEO

Mingəçevir, 30 sentyabr, AZƏRTAC

Yarışa böyük həvəslə hazırlaşmışdım.

AZƏRTAC xəbər verir ki, bunu III MDB Oyunları çərçivəsində Mingəçevirdə keçirilmiş taekvondo yarışlarında qızıl medal qazanan Azərbaycan təmsilçisi Vasif Səlimov deyib.

68 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı nəticəyə görə xoşbəxt olduğunu bildirib: "Azərbaycan Bayrağını zirvəyə qaldırmaq böyük qürurdur. Bura qızıl medal üçün gəlmişdim. Məqsədimə çatdım. Üzərimdə əziyyəti olan hər kəsə təşəkkür edirəm. Gələcək hədəfim 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarında qalib olmaqdır".

Qeyd edək ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

Избранный
19
2
azertag.az

3Источники