RU

Türkiyə məsuliyyəti öz üzərinə götürməyə hazırdır

Türkiyə Təhlükəsizlik Şurası Rusiya-Ukrayna münaqişəsi ətrafındakı vəziyyəti qiymətləndirib və Ankaranın sülhün yaradılması üçün daha böyük məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunu bəyan edib.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının bəyanatında deyilir.

Qeyd olunub ki, Təhlükəsizlik Şurasının iclasında Rusiya-Ukrayna müharibəsi ətrafında mövcud vəziyyətə qiymət verilib.

Belə ki, müharibənin genişlənməsi riskini göstərən hadisələrlə bağlı narahatlıq ifadə edilib və Türkiyənin sülhün bərqərar olması üçün daha böyük məsuliyyəti öz üzərinə götürməyə hazır olduğu bəyan edilib.

Избранный
6
11
missiya.az

10Источники