RU

Britaniya polisi çinli qadından 7 milyard dollara yaxın "Bitcoin" müsadirə edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



London məhkəməsi 47 yaşlı Çin vətəndaşı Çjimin Tsyanı ümumi dəyəri 6.7 milyard dollar olan "Bitcoin"lərin oğurluğunda və Böyük Britaniyada daşınmaz əmlakın satın alınması yolu ilə vəsaitlərin leqallaşdırılması cəhdində təqsirli bilib.
Oxu.Az bildirir ki, bu barədə Britaniya polisinin Mətbuat Xidməti məlumat yayıb.
Polisin məlumatına görə, qadından 61 mindən çox "Bitcoin" müsadirə edilib ki, bu da tarixdə ən böyük kriptovalyuta müsadirəsidir.
Bildirilir ki, Tsyan 2014-2017-ci illər ərzində 128 min Çin vətəndaşının, o cümlədən iş adamları, təqaüdçülər, bank və məhkəmə işçilərinin pulunu fırıldaq yoluyla ələ keçirib.
Qadın oğurlanmış vəsaitləri "Bitcoin"ə çevirib və sonra saxta sənədlərlə Böyük Britaniyaya köçüb. O, günahını etiraf edib və hökmü gözləyir.
Избранный
45
50
oxu.az

10Источники