RU

Filippində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 61-ə çatıb - YENİLƏNİB 2

Filippində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 61-ə çatıb.

APA xəbər verir ki, bu barədə dövlət rəsmilərinə istinadən “Philippine Daily Inquirer” məlumat yayıb.

***

07:08

Filippinin Sebu əyalətinin San-Remiqio şəhərində baş vermiş 6,9 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə "CBN News" məlumat yayıb.

Hazırda zəlzələ ərazisində axtarış-xilasetmə əməliyyatı aparılır.

Filippin Vulkanologiya və Seysmologiya İnstitutu bildirib ki, tektonik mənşəli zəlzələ Sebu əyalətindəki Boqo şəhərindən təxminən 20 kilometr şimal-şərqdə, 5 kilometr dərinlikdə baş verib.

***

04:11

Filippinin Sebu əyalətinin San-Remiqio şəhərində baş verən 6,9 bal gücündə zəlzələ nəticəsində ən azı beş nəfər həlak olub.

APA xəbər verir ki, bu barədə "CBN News" məlumat yayıb.

Məlumata görə, ölənlər arasında bir uşaq da var.

Избранный
14
2
apa.az

10Источники