RU

Filippində güclü zəlzələ nəticəsində qurbanların sayı artır

Filippində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb.

NOCOMMENT.az  xəbər verir ki, bu barədə Filippinin Mülki Müdafiə Agentliyi məlumat yayıb.

“Ölənlərin sayı getdikcə artır. Bizə 60 nəfərin öldüyü barədə məlumat daxil olub”, – deyə Filippin Mülki Müdafiə katibi Bernardo Alejandro bildirib.

Güclü yeraltı təkanların qeydə alındığı Sebu əyalətində fövqəladə vəziyyət elan edilib.

Dövlət qurumları regionda infrastrukturun bərpası və əhaliyə humanitar yardımın göstərilməsi üzərində işləyir, yanğından mühafizə bürosunun üzvləri isə axtarış-xilasetmə əməliyyatlarında iştirak edir.

Избранный
15
2
nocomment.az

10Источники