Baş prokurorun müavini – hərbi prokuror Bəhruz Əhmədov general formasında ilk dəfə görüntülənib.
Musavat.com-un “Qafqazinfo”ya istinadla məlumatına görə, general-mayor prokurorluq orqanlarının 107-ci il dönümündə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib.
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyevin Sərəncamı ilə Bəhruz Əhmədova “ədliyyə general-mayoru” ali hərbi rütbəsi verilib.

