“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirəcək.
Msport.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv II turda Bakıda Danimarkanın “Kopenhagen” klubu ilə üz-üzə gələcək.
Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək. Matçı Niderlanddan olan FIFA referisi Serdar Gözübüyük idarə edəcək.
Qeyd edək ki, “Qarabağ” I turda Portuqaliyada “Benfika”nı məğlub edib – 3:2. “Kopenhagen” isə evdə Almaniyanın “Bayer” komandası ilə heç-heçə edib – 2:2.