RU

Mərhum Cabir İmanovun atası KİMDİR...

Modern.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Əməkdar artist Cabir İmanov qəfil ölümü ilə gündəmin ən çox müzakirə olunan isminə çevrilib. İki gündür sosial şəbəkələrdə Əməkdar artistlə bağlı mövzular ətrafında fikir mübadiləsi gedir.Bu müzakirələrdə mərhumun ailəsi, o cümlədən atasına başsağlıqları da ünvanlanır.Qeyd edək ki, Cabir və Tahir İmanov qardaşlarının atası Qorxmaz İmanov tanınmış alimdir. Lakin geniş ictimaiyyət onun haqqınmda ətraflı bilgiyə malik deyil.Modern.az-ın məlumatına görə, professor Qorxmaz İmanov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, iqtisad elmləri doktorudur.Qorxmaz Cahangir oğlu İmanov 1941-ci ildə Bakı şəhərində anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirib. 1964–1967-ci illərdə Moskva şəhərində SSRİ Elmlər Akademiyasının Mərkəzi iqtisadi-riyaziyyat institunun aspiranturasında təhsil alıb, 1968-ci ildə həmin institutda iqtisad elmləri namizədi alimlik dissertasiyası müdafiə edib.

1968-ci ilin yanvar ayından 1969-cu ilin mart ayına qədər Azərbaycan SSR EA Kibernetika institutunda kiçik elmi işçi işləyib. 1969–1971-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı institutunda baş müəllim və dosent vəzifələrində çalışıb. 1971-ci ilin sentyabrında yenidən Azərbaycan EA Kibernetika institutuna baş elmi işçi vəzifəsinə gəlib. 1975-ci ildə SSRİ EA Mərkəzi iqtisadi-riyaziyyat institunda iqtisad elmləri doktorluq dissertasiyasını müdafiə edib. 1974-cü ilin avqust ayından 1987-ci ilin dekabrına qədər Kibernetika institutunda laboratoriya və sonra şöbə müdiri vəzifəsində çalışıb.1983-cü ildə iyun ayından professor elmi adına və 1984-cü ildə elm və texnika sahəsində Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb. 1987–1993-cü illərdə Azərbaycan Dövlət Plan Komitəsinin və sonralar İqtisadiyyat Nazirliyinin Elmi–tədqiqat İqtisadiyyat institutunun müdiri vəzifəsində çalışb. 1993–1998-ci illərdə Rusiya Elmlər Akademiyasının Bazar problemləri institutunda çalışıb. 1999–2000-ci illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində baş müşavir vəzifəsində işləyib.2001-ci ildən AMEA Kibernetika İnstitutunda əvvəllər baş elmi işçi və laboratoriya rəhbəri vəzifəsində çalışırb. 2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin müxbir üzvü seçilib.Q.İmanov 1969- 2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində, Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində dərs deyib.

O, hazırda Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunda İqtisadiyyatın qeyri-səlis modelləri laboratoriyasının müdiri vəzifəsində çalışır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
20
5
modern.az

6Источники