Cənubi Qəzza sakinlərinin şəhərin şimalına keçməsi üçün açıq qalan sonuncu yol bağlanacaq.
KONKRET.az xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Aviçay Adrai məlumat yayıb.
“Əl-Rəşid küçəsi saat 12:00-da (Bakı vaxtı ilə 13:00) cənub sektorundan şimala hərəkət üçün bağlanacaq.
Qəzza şəhərini tərk etməyə imkan tapmamış şəxslər üçün cənuba hərəkətə icazə veriləcək. Hazırda İsrail ordusu cənuba sərbəst və yoxlanışsız keçidə icazə verir”, – o bildirib.