RU

AMB İran rialının məzənnəsinin müəyyən edilməsini dayandırdı

Bu gündən Azərbaycan Mərkəzi Bankı (AMB) İran rialının manata qarşı məzənnəsinin müəyyən edilməsini dayandırıb. Pravda.az Yurd.media-ya istinadən xəbər verir ki, qurumun internet səhifəsində açıqladığı valyuta məzənnələrində islam respublikasının milli valyutası ilə bağlı göstərici öz əksini tapmayıb.

 

Bununla bağlı rəsmi açıqlama yoxdur, amma rialın məzənnəsinin müəyyən edilməməsi, çox güman ki, qonşu ölkədə hazırlıq gedən denominasiya ilə bağlıdır. Xatırladaq ki, bu il avqustun 4-də İran parlamentinin İqtisadiyyat komitəsi rialın adını dəyişdirmədən yenidən denominasiya haqqında qanun layihəsini təsdiqləyib. Sənədə əsasən, bir yeni rial 10 min köhnə riala bərabər olacaq.

Tarix: 1 Oktyabr 2025, 11:17   
Избранный
7
9
pravda.az

10Источники