RU

Odessada güclü leysan: bir ailənin 5 üzvü öldü

Ukraynanın Odessada şəhərində güclü leysan nəticəsində bir ailənin beş üzvü həyatını itirib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin Odessa üzrə nümayəndəsi Marina Averina məlumat verib.

Onun sözlərinə görə, ən dəhşətli hallardan biri evin zirzəmi qatında yaşayan ailənin faciəvi ölümü olub:

"Evi su basıb, çıxmağa imkan tapmayıblar. Bütün ailə həlak olub", – Averina bildirib.

Bundan başqa, üç qadın da küçədə gedərkən güclü su axınına düşərək həlak olub.

Избранный
13
1
axar.az

2Источники