RU

“Paşinyanın bu mövqeyi AŞPA deputatları üçün gözlənilməz olub” “O, erməni lobbilərinin səylərini heçə endirir”

Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Nikol Paşinyan açıq şəkildə Qarabağa qayıdış məsələsinə qarşı çıxmaqla həm erməni lobbilərinin, həm də onlara dəstək verən siyasətçilərin fəaliyyətini mənasız hala gətirib.”

“AzPolitika” xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu Ermənistanın Baş naziri Nikol Paşinyanın AŞPA-da çıxışını şərh edərkən bildirib.

Onun sözlərinə görə, sentyabrın 30-da Avropa Şurası Parlament Assambleyasında çıxış edən Paşinyan bəyan edib ki, ermənilərin Qarabağa qayıdışı Bakı ilə aparılan sülh prosesinə zərər verə bilər. Baş nazir bildirib ki, Qarabağı könüllü tərk edən və Azərbaycan vətəndaşlığını qəbul etməyən ermənilərin gələcəyi Ermənistan vətəndaşlığı ilə bağlıdır.

Politoloq vurğulayıb ki, Paşinyanın bu mövqeyi AŞPA-nın bir qrup deputatı üçün gözlənilməz olub. Çünki onlar, ölkələrindəki erməni lobbiləri ilə birgə, “ermənilərin Qarabağa qayıdışı təmin edilməlidir” çağırışlarını davam etdirirlər. ABŞ Konqresində də oxşar fikirlər səsləndirilir və bəzi ermənipərəst konqresmenlər dövlət katibindən bu istiqamətdə addımlar atmağı tələb edirlər.

E.Şahinoğlu qeyd edib ki, Paşinyan anlayır: Azərbaycan qanunları ilə yaşamaq istəməyən ermənilərin qayıdışına dəstək versə, bu, Bakı ilə münasibətləri gərginləşdirəcək.

“Paşinyana belə bir risk lazım deyil”, – deyə o bildirib.

Onun fikrincə, Paşinyan çıxışında həm də vurğulayıb ki, Ermənistan və Azərbaycan bir-birini rahat buraxmalı, diqqəti iqtisadi əməkdaşlığa və dialoqa yönəltməlidirlər.

Politoloq əlavə edib ki, Paşinyanın bu mövqeyinin başqa bir səbəbi də var: o, ermənilərin Qarabağa qayıdışını rədd etməklə azərbaycanlıların Qərbi Zəngəzura qayıdışının da qarşısını almağa çalışır.

“Paşinyanın məntiqinə görə, əgər ermənilər Qarabağa qayıtmırlarsa, azərbaycanlılar da Qərbi Zəngəzura dönməməlidirlər”, – Şahinoğlu qeyd edib.

Ekspertin fikrincə, Paşinyanın açıqlaması müxtəlif ölkələrdəki erməni lobbilərinin səylərini heçə endirir. Çünki Qarabağdan köçən ermənilərin özləri də geri qayıtmaq istəmirlər.

“Onlar da Paşinyan kimi anlayırlar ki, Qarabağa dönüş yalnız Azərbaycan qanunlarını və pasportunu qəbul etməklə mümkündür. Buna razı olmadıqları üçün gələcəklərini Ermənistanda qurmalı olacaqlar”, – Elxan Şahinoğlu vurğulayıb.

Rasim “AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
15
azpolitika.info

1Источники