RU

Bu ölkədə keçmiş prezident edam cəzasına məhkum edilib - Səbəb

Konqo Demokratik Respublikasının (KDR) keçmiş prezidenti Cozef Kabila ölkənin Ali Hərbi Məhkəməsi tərəfindən edam cəzasına məhkum edilib.

Missiya.Az xəbər verir ki, Kabila dövlətə xəyanətdə və ölkənin şərqində fəaliyyət göstərən üsyançı silahlı qruplaşmalara dəstək verməkdə təqsirli bilinib.

Məhkəmənin qərarına əsasən, Kabilanın şəxsi əmlakının müsadirə edilməsi ilə bağlı vəsatət təmin olunmayıb.

Qeyd edək ki, məhkəmə prosesi sabiq prezidentin iştirakı olmadan – “in absentia” formatında keçirilib.

Seyranə QuliyevaMissiya.Az

Избранный
25
missiya.az

1Источники