RU

AFFA tapşırıqla təyinata hazırlaşır? icraçı vitse prezident, baş katib və İK üzvləri buna qarşı çıxmalıdır

ain.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

Futbol ictimaiyyətinin başı "Qarabağ"ın avrokubok oyununa və milli komandamızda yeni baş məşqçi müzakirələrinə qarışdığı bir vaxtda AFFA rəhbərliyi tapşırıqla təyinata hazırlaşır. Söhbət U-21 millisindən gedir. Mətbuatda da yazılıb, kuluarlarda da danışılır ki, gənclər yığmamızın baş məşqçisi Rəşad Eyyubov təyin olunacaq. 

Bəlkə də çoxlarınız heç onun məşqçilik kayerasından məlumatlı deyilsiniz. Qısaca deyək ki, bir neçə il əvvəl futbolçu karyerasını bitirib və "Sabah"ın əvəzedici komandasında, sonra da bir müddət əsas komandada köməkçi məşqçi kimi çalışıb. AFFA rəhbərliyində yer alan "Sabah" idarəçilərinin vasitəsilə milli komandaya Santuşun köməkçisi gətirilib. Halbuki həmin posta da Eyyubovdan qat-qat layiqli namizədlər var idi. Amma perspektivli gənc məçqçi adı altında gerçəkləşən təyinat çox da qıcıq yaratmayıb. 

Milli komandanın yeni baş məşqçisi Ayxan Abbasov köməkçilərini də özüylə gətirib. O, Rəşad Eyyubovu yanında saxlamağı lazım bilməyib. Belədə, heç klub səviyyəsində baş məşqçilik təcrübəsi olmayan adamı havadarları birdən-birə U-21 millisinə baş məşqçi qoymağı hədəfləyib. 

Əslində, hüquqi cəhətdən Eyyubov U-21 millisində baş məşqçi işləyə bilməz. Çünki bunun üçün PRO kateqoriyasına malik olması şərtdir. Eyyubovun isə nəinki PRO kateqoriyası var, o heç A kateqoriyasını almayıb, hələ oxuyur. 

Amma Azərbaycan futbolunda buna da çarə tapıblar. Kiminki PRO-su yoxdur, belə kateqoriyaya malik birini gətirib otuzdurur yanında, "ad başqasının, dad başqasının olur". Yəni, U-21 millimizdə də bunu etməyə hazırlaşırlar. Rəşad Eyyubov kağız üzərində köməkçi, əslində isə baş məşqçi olacaq. 

Fernandu Santuş milliyə yeni təyin olunanda Sərxan Hacıyev və digər AFFA rəsmiləri İTV-də əvvəlki rəhbərliyin vaxtında milli komandada tapşırıqla iş getdiyini deyirdilər. Bunu o qədər qabarıq şəkildə edirdilər ki... 

İndi AFFA bütün ölkənin gözü qabağında tapşırıqla iş görməyə hazırlaşır. Görəcəyik həmin Sərxan Hacıyevi. Baş katib Cahangir Fərəcullayev də sözünü deməlidir. Və təbii ki, İcraiyyə Komitəsi üzvləri buna qol qoymamalıdılar. 

Ölkədə U-21 millisinin baş məşqçisi olmağa bu qədər layiqli namizəd var ikən, həmin posta kiminsə tapşırığıyla adam qoymaq sadəcə ayıbdır. Hər halda ümid edək ki, bunun qarşısı alınacaq və millimizə təcrübəsi və bacarığıyla haqq edən mütəxəssisi təyin edəcəklər. 

Rəşad Eyyubova gəlincə, yaxşı olar ki, gəldiyi yerə qayıtsın. "Sabah"da əvəzedici heyətdə əcnəbi çalışdırıcı olduğu üçün, Eyyubov aşağı yaş komandalarının birində baş məşqçi kimi təcrübə toplasın. Zamanı gələr, yetişər, onda da haqq elədiyi şəkildə gəlib millidə çalışar. 

Həmid

saytlarin hazirlanmasi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
15
1
sportal.az

2Источники