RU

Türkiyədə 7 ballıq zəlzələ ola bilər Ekspert

ain.az bildirir, Baku.ws portalına istinadən.

Türkiyənin professoru Hasan Sözbilir bildirib ki, Balıkəsirdəki 6,1 bal gücündə və Kütahyadakı 5,4 bal gücündə zəlzələlər Simav Fay Zonunda baş verib.

BAKU.WS Türkiyə mediaslna istinadən xəbər verir ki, professorun sözlərinə görə, bölgədə çoxlu ölü fay var və son zəlzələlərlə bu faylar da hərəkətə gəlib.

Sözbilir deyib ki, Simav Fay Zonu 200 kilometr uzunluqdadır və burada 7 baldan böyük zəlzələlər də ola bilər.

Mütəxəssis qeyd edib ki, Sındırqı zəlzələsindən sonra 12 minə yaxın afterşok, Simavda isə 500-dən çox təkan qeydə alınıb.

O, bölgədə 4–4,5 bal gücündə təkanların bir neçə ay davam edə biləcəyini bildirib.

Sözbilir həmçinin Türkiyədə zəlzələ mütəxəssislərinin az olduğunu, hər bölgədə xüsusi institutlar qurulmasının vacibliyini vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
14
1
baku.ws

2Источники