RU

Trampın bağladığı qurumu Klinton əvəz edəcək

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə fəaliyyəti dayandırılan USAİD təşkilatının humanitar istiqamətdəki boşluğunu “Clinton Global Initiative” (CGI) dolduracaq. 

Globalinfo.az xəbər verir ki, bunu vəqfin təsisçisi Bill Klintonun həyat yoldaşı, amerikalı siyasətçi Hilari Klinton açıqlayıb.

O, USAİD-in ləğvindən sonra dünyada humanitar istiqamətdəki xidmətlərin Klinton vəqfi vasitəsilə yerinə yetiriləcəyini bildirib. Siyasətçi CGI-in iqlim dəyişikliyi və humanitar problemlərin həlli istiqamətində nəzərdə tutulan layihələrin həyata keçirilməsi üçün hər zaman maliyyə vasitəsi tapdığını vurğulayıb.

Maraqlıdır ki, azyaşlılara cinsi istismar və qadın alverində ittiham olunaraq həbs edilən, daha sonra cəsədi tapılan amerikalı keçmiş iş adamı cefri Epstein də vəqfin həmtəsisçisi olub. Dünya mətbuatı Klintonun açıqlamaları və vəqfin fəaliyyətini bu baxımdan “ironioya” adlandırır.

Əliyar Xəlil

Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
9
globalinfo.az

1Источники