RU

Yalnız bu avtobuslarda gedişhaqqı 60 qəpikdir – DİQQƏT!

Oktyabrın 1-dən etibarən bəzi marşut avtobuslarında və metroda gediş haqqı 60 qəpik olub.

Qərara görə, metro nəqliyyatında, həmçinin müasir tələblərə cavab verən və yalnız nağdsız ödəniş alətləri vasitəsilə fəaliyyət göstərən müntəzəm şəhərdaxili (rayondaxili), qəsəbələrarası və şəhərətrafı avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin aşağı həddi (məsafədən asılı olaraq tariflər dəyişir) 60 qəpik müəyyən edilib.

Modern.az-ın məlumatına görə, tarif artımı bütün avtobus xətlərini əhatə etmədiyi üçün bu gün səhər saatlarında müəyyən çaşqınlıq yaranıb.

Qeyd edək ki, yeni tariflər Bakı şəhərinin inzibati ərazisi daxilində şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında gediş haqları yalnız nağdsız ödəniş alətləri vasitəsilə həyata keçirilən, habelə elektriklə və ya sıxılmış təbii qazla (CNG) işləyən avtobuslara şamil ediləcək.

Səhər saatlarında “m10” və “Birbank” mobil tətbiqləri vasitəsilə ödəniş etmək istəyənlərə bilet alan zaman ilkin olaraq 60 qəpiklik ödənişi təklif edilib və bir çox sərnişin 50 qəpiklik avtobuslarda da 60 qəpik ödəyib. Bu barədə sosial şəbəkədə paylaşımlar edilib.

Yeni tariflər ilkin mərhələdə paytaxtın sözügedən tələblərə cavab verən mövcud marşrut şəbəkəsinin təxminən 30%-ni əhatə edəcək. Tələblərə cavab verməyən marşrutlarda isə qiymət dəyişikliyi tətbiq olunmayacaq.

Eyni zamanda, tarif dəyişikliyi Bakı-Sumqayıt, Bakı-Abşeron, Sumqayıt-Abşeron arasında və digər şəhər və rayonlarda fəaliyyət göstərən müntəzəm avtobus marşrutlarında da tətbiq olunacaq. Bu dəyişiklik gediş haqları yalnız nağdsız ödəniş aləti vasitəsilə həyata keçirilən, elektrik, CNG və ya 1 yanvar 2025-ci ildən sonra istehsal edilən dizel yanacağı ilə işləyən avtobuslara şamil ediləcək.

 

Избранный
29
48
tribunainfo.az

10Источники