RU

Azərbaycan ilə Özbəkistan arasında təhsil sahəsində müzakirə aparılıb - FOTOLAR

“Rəqəmsal transformasiya və media” mövzusunda II Azərbaycan–Özbəkistan Media Forumu çərçivəsində ölkəmizə səfər edən Özbəkistanın Məktəbəqədər və Məktəb Təlimi Nazirliyinin İnformasiya Xidmətinin rəhbəri Dilfuza Sobirova ilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində (MÜTDA) görüş keçirilib. Elm və Təhsil Nazirliyindən SİA-ya bildirilib ki, görüşdə MÜTDA-nın direktor müavini Vəfa Yaqublu, nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev və agentliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zenfira Sevdimalı iştirak ediblər.

Müzakirələr əsasən ictimaiyyətlə əlaqələr və kommunikasiya sahəsində əməkdaşlıq imkanlarına həsr olunub. Tərəflər təhsil sahəsində kommunikasiya fəaliyyətinin təşkilində qarşılıqlı təcrübə mübadiləsi, hədəf auditoriyasının düzgün məlumatlandırılması, yeni layihələrin reallaşdırılması və rəqəmsal transformasiya fonunda effektiv kommunikasiya mexanizmlərinin tətbiqi barədə fikir mübadiləsi aparıblar.

Azərbaycan təhsil sistemində həyata keçirilən yeniliklərlə tanış olan Dilfuza Sobirova Özbəkistanın da bu istiqamətdəki təcrübəsini bölüşüb və gələcək əməkdaşlıq üçün yeni imkanlar olduğunu qeyd edib.

Səfər çərçivəsində qonaq Bakı Avropa Liseyində də olub, təhsil müəssisəsində yaradılmış müasir tədris mühiti ilə tanış olub.

Избранный
6
9
sia.az

10Источники