RU

Sabah taksi sürücüləri imtahan verəcək

Sabah

Sabah taksi sürücüləri Gəncədə imtahan verəcəkDövlət İmtahan Mərkəzi (DİM) taksi minik avtomobili sürücüləri üçün oktyabrın 2-də növbəti imtahan keçirəcək.Ulusum az.az bildirir ki, bu barədə DİM məlumat yayıb.Bildirilib ki, imtahanda DİM-in Gəncə Regional Bölməsində (Gəncə ş., H.Əliyev meydanı) iki növbədə keçiriləcək. İmtahan 1 saat davam edir. İştirakçılar imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olacaqlar. Nəticələr həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsilə çap edə bilərlər. İştirakçılar "İmtahana buraxılış vərəqəsi"ndə göstərilən vaxtda imtahan binasının qarşısında olmalıdırlar.İmtahana gələrkən namizədlər "İmtahana buraxılış vərəqəsi" və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcəkdir.R.Daşdəmirova

Diqqət Çəkənlər

Fəsəli Resepti

Ayxan Abbasov Azərbaycan millisinin baş məşqçisi təyin olunub.

Bu Axşamdan Ölkədə Güclü Yağış və Külək Gözlənilir – Sel Təhlükəsi Var

Избранный
17
41
ulusum.az

10Источники