RU

"Azərsun Holdinq” COP29-un nəticələrini rəhbər tutaraq innovativ yanaşmalar tətbiq edir

Azərbaycanda və regionda ərzaq sənayesinin liderlərindən olan “Azərsun Holdinq” kənd təsərrüfatı, qeyri-qida və qida istehsalında iqlimə uyğun, innovativ və dayanıqlı yanaşmaları dəstəklədiyini bəyan edib.

Publika.az xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsinin ikinci günündəki çıxışında “Azərsun Holdinq”in baş direktoru Savaş Uzan bildirib.

Baş direktor qeyd edib ki, şirkət artıq bir neçə ildir ki, səmərəli suvarma sistemləri, bio-gübrələrin istifadəsi, torpağın minimal pozulması və dron texnologiyalarının tətbiqi kimi müasir aqrotexniki üsulları geniş şəkildə tətbiq edir:

“Bu istiqamətdə qurduğumuz innovativ sistemlər və alternativ enerji mənbələri, dayanıqlı kənd təsərrüfatına keçidi daha da sürətləndirir ”.

Kiçik və orta fermer təsərrüfatları ilə əməkdaşlığın önəmindən danışan Savaş Uzan holdinqin həmin fermerlərlə daha dayanıqlı, dözümlü dəyər zənciri qurmağa çalışdığını vurğulayıb.

Избранный
10
16
publika.az

10Источники