RU

Nazirlər hansı universitetləri BİTİRİB?

ain.az bildirir, Sherg.az portalına istinadən.

Dövlətin ali icra orqanlarının rəhbərləri olan nazirlər yalnız siyasi təmsilçilik funksiyasını deyil eyni zamanda sahələr üzrə strateji qərarların qəbulu, ictimai siyasətin formalaşdırılması və milli maraqların müdafiəsi baxımından da böyük məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikasında da müxtəlif sahələrə rəhbərlik edən nazirlərin təhsil həyatı cəmiyyətin maraq dairəsində olan mövzulardan biridir.

Maraqlıdır, nazirlər harada təhsil alıblar

Sherg.az xəbər  verir  ki, mövzu ilə bağlı AzEdu.az araşdırma aparıb.

Nazirlərin məzun olduqları ali məktəbləri təqdim edirik: 

Elm və təhsil naziri Emin Əmrullayev- 1999–2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsində təhsil alaraq təhsil müəssisəni fərqlənmə diplomu ilə bitirmişdir. 2003–2004-cü illərdə Mərkəzi Avropa Universitetində (Budapeşt) siyasi elmlər üzrə magistr pilləsində təhsilini davam etdirib.

2010-2012-ci illərdə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" və "Fulbright" proqramının birgə dəstəyi ilə Kolumbiya Universitetində ictimai (inzibati) idarəetmə ixtisası üzrə magistr pilləsində təhsil alıb;

Daxili işlər naziri Vilayət Eyvazov- 2000-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirib;

Energetika naziri Pərviz Şahbazov- 1986–1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib;

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov- 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin geoloji-kəşfiyyat fakültəsini bitirmişdir. Azərbaycan Universitetində ikinci ali təhsil alıb;

Ədliyyə naziri Fərid Əhmədov- Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində bakalavr (2000) və magistr (2002) təhsili alıb. 2004-cü ildə Böyük Britaniyanın Esseks Universitetində, "British Chevening" təqaüdü ilə beynəlxalq insan hüquqları ixtisasını fərqlənmə diplomu ilə bitirib;

Əmək və əhalinin sosial müdafiəsi  naziri Anar Əliyev- 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsinin bakalavrı bitirib. 2002-ci ildə magistr dərəcəsi alıb;

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
5
5
sherg.az

6Источники