RU

Azərbaycan və Özbəkistan arasında təhsil sahəsində kommunikasiya fəaliyyətinin təşkili müzakirə edilib

Bakı. Trend:

“Rəqəmsal transformasiya və media” mövzusunda IIAzərbaycan–Özbəkistan Media Forumu çərçivəsində Bakıya səfər edənÖzbəkistanın Məktəbəqədər və Məktəb Təlimi Nazirliyinin İnformasiyaXidmətinin rəhbəri Dilfuza Sobirova ilə Məktəbəqədər və ÜmumiTəhsil üzrə Dövlət Agentliyində (MÜTDA) görüş keçirilib.

Trendxəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumatyayıb.

Bildirilib ki, görüşdə MÜTDA-nın direktor müavini Vəfa Yaqublu,Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiyaşöbəsinin müdiri Səbuhi Rzayev və agentliyin İctimaiyyətlə əlaqələrsektorunun müdiri Zenfira Sevdimalı iştirak ediblər.

Müzakirələr əsasən ictimaiyyətlə əlaqələr və kommunikasiyasahəsində əməkdaşlıq imkanlarına həsr olunub. Tərəflər təhsilsahəsində kommunikasiya fəaliyyətinin təşkilində qarşılıqlı təcrübəmübadiləsi, hədəf auditoriyasının düzgün məlumatlandırılması, yenilayihələrin reallaşdırılması və rəqəmsal transformasiya fonundaeffektiv kommunikasiya mexanizmlərinin tətbiqi barədə fikirmübadiləsi aparıblar.

Azərbaycan təhsil sistemində həyata keçirilən yeniliklərlə tanışolan Dilfuza Sobirova öz növbəsində Özbəkistanın bu istiqamətdəkitəcrübəsini bölüşüb və gələcək əməkdaşlıq üçün yeni imkanlarınolduğunu qeyd edib.

Səfər çərçivəsində qonaq Bakı Avropa Liseyində də olub, təhsilmüəssisəsində yaradılmış müasir tədris mühiti ilə tanış olub.

Избранный
15
9
az.trend.az

10Источники