RU

“MƏN ONA DEDİM: ÇOX PİS GÖRÜNÜRSƏN!” Tramp yenə Rusiyanı “kağız pələng” adlandırdı

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

ABŞ Prezidenti Donald Tramp yenidən bəyan edib ki, Rusiya ilə Ukrayna arasındakı müharibənin həlli yalnız Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskinin şəxsi görüşündə mümkündür.

Onun sözlərinə görə, nəticə yalnız “güc mövqeyindən” əldə oluna bilər.

Tramp bu fikirləri sentyabrın 30-da Virciniya ştatındakı Kuantiko hərbi bazasında, ABŞ ordusunun ali komandanlıq heyəti qarşısında çıxışı zamanı səsləndirib.

ABŞ lideri bildirib ki, Rusiyanın sahillərinə bir və ya iki sualtı qayığın yerləşdirilməsi barədə göstəriş verib. O, həmçinin Vaşinqtonun nüvə arsenalının modernləşdirildiyini vurğulayıb:

“Biz ümid etməliyik ki, onu heç vaxt istifadə etməyəcəyik”.

Tramp bir daha Rusiyanı “kağız pələng” adlandırıb, baxmayaraq ki, daha əvvəl bu ifadəni işlətməyəcəyini vəd etmişdi. O, Putindən məyus olduğunu gizlətməyib: “Mən Putinlə bağlı çox məyus oldum. Düşünürdüm ki, o, bunu tez həll edəcək. Mən ona dedim: “Pis görünürsən… Sən kağız pələngsənmi?”

Trampın sözlərinə görə, ABŞ əleyhinə “Putinə işləyən bir şəxsin” (keçmiş Rusiya Prezidenti Dmitri Medvedevin) son təhdidlərindən sonra Rusiya sərhədlərinə yaxın hərbi tədbirlər gücləndirilib.

Xatırladaq ki, bu ilin yayında Tramp Medvedevin bəyanatlarına cavab olaraq iki atom sualtı qayığının “müvafiq ərazilərdə” yerləşdirilməsi barədə göstəriş vermişdi.

Medvedev sosial şəbəkə X-də Trampın Rusiyaya qarşı ultimatumlarını “müharibəyə aparan addım” adlandırmış və onu əvvəlki Prezident Co Baydenin yolunu təkrarlamamağa çağırmışdı.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
19
azpolitika.info

1Источники