RU

Azərbaycanlı futbolçu İspaniya klubu ilə müqavilə BAĞLADI

Azərbaycanəsilli futbolçu Raul Allahverdiyev İspaniyada oynayacaq. 

Bizim.Media xəbər verir ki, Qazaxıstanda dünyaya gələn və hazırda bu ölkənin U-19 yığmasında çıxış edən Allahverdiyev “Rayo Valyekano” ilə müqavilə imzalayıb.

O, bu klubun C komandasında oynayacaq.

Orada özünü göstərəcəyi təqdirdə, əsas komandaya qədər yüksəlmək şansı olacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
18
6
bizim.media

10Источники