RU

Deputat robotu işə götürdü – FOTO

Rusiya Dövlət Dumasının deputatı Andrey Svintsov parlamentdə Çin istehsalı “Volodya” adlı robot köməkçi işə götürüb.

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, deputat bu barədə “Gazeta.ru”ya açıqlama verib. O bildirib ki, robota mühüm dövlət sənədlərinin idarə olunması həvalə edilməyəcək. “Volodya” əsasən çamadanların daşınması, partiya atributlarının paylanması və texniki işlərdə istifadə olunacaq.

Qeyd edək ki, “Volodya” ilk dəfə bu ilin iyununda Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda təqdim olunub. Model 2024-cü ildən Çinin “Unitree Robotics” şirkəti tərəfindən istehsal olunur. KİV-in yazdığına görə, robot kütləvi istehsal məhsulu kimi bazara çıxarılıb və Rusiyada təxminən 2,7 milyon rubla satılır.

Məlumata görə, yaxın vaxtlarda robot Rusiya süni intellekt sistemi ilə təchiz ediləcək və yeni proqram təminatının sınaqlarında istifadə ediləcək.

Избранный
5
6
konkret.az

7Источники