RU

“Nə bilərdik ki, həmin zəngdən 8 gün sonra səni itirəcəyik”

Aktyor Fərda Xudaverdiyev mərhum Əməkdar artist Cabir İmanovla bağlı paylaşım edib.

KONKRET.az axsamaz-a istinadən xəbər verir ki, o, həmkarı ilə sonuncu dəfə bir neçə gün əvvəl telefonda danışdığını yazıb:

“Bir, tək olan Allah şahiddir və özün də bilirdin ki, səni nə qədər çox istəyirdim. Anamın vəfatı ilə əlaqədar, qardaşımız Tahirlə, mənə zəng edib təsəlli verdiyinizdə, nə bilərdik ki, cəmisi 8 gün sonra sən də Allahın rəhmətinə qovuşacaqsan, əziz qardaşım. Allah sənə rəhmət eləsin. Allah ailənə, doğmalarına, əzizlərinə səbir versin. Bu fani dünyadan Azərbaycanımızın “Jaba”sı gəldi, yaratdı və getdi”.

Qeyd edək ki, Fərda bir müddət əvvəl anası Zeynəb xanımı itirib.

Избранный
13
11
konkret.az

10Источники