ain.az bildirir, Apa.az saytına əsaslanaraq.
Moskvanın Çeremuşkinski Rayon Məhkəməsi yazıçı Dmitri Bıkovu Rusiya Silahlı Qüvvələri haqqında saxta xəbərlər yaydığına görə qiyabi olaraq 7 il müddətinə həbs edib.
APA-nın Moskva bürosu xəbər verir ki, məhkəmə Bıkovu təqsirli bilib və ona 4 il onlayn hesabların idarə edilməsinə qadağa qoyulmaqla cəzasını 7 il müddətinə ümumi rejimli cəzaçəkmə müəssisəsində qiyabi azadlıqdan məhrum edib.
Qeyd edək ki, Bıkov Rusiya Cinayət Məcəlləsinin 207.3-cü maddəsinin 2-ci hissəsinin "d" bəndi (Rusiya Silahlı Qüvvələrinin istifadəsi ilə bağlı bilərəkdən yalan məlumatın açıq şəkildə yayılması) və Rusiya Cinayət Məcəlləsinin 330.1-ci maddəsinin 2-ci hissəsi (Rusiya qanunvericiliyində nəzərdə tutulmuş xarici agentlərlə bağlı vəzifələrdən yayınma) ilə təqsirli bilinib. O, beynəlxalq axtarışa verilib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.