RU

TRT əməkdaşı Qəzzada həlak olub

TRT

Medianın İnkişafı Agentliyi və Mətbuat Şurası Türkiyənin TRT telekanalının əməkdaşı Yahya Berzakın Qəzza zolağında həlak olması ilə bağlı başsağlığı veriblər

Reyting.az
xəbər verir ki, MEDİA-nın "X" hesabındakı paylaşımında deyilir: "Qəzzada peşə borcunu yerinə yetirərkən jurnalist Yahya Berzakın həlak olması ilə bağlı Türkiyə ictimaiyyətinə, TRT ailəsinə və mərhumun yaxınlarına dərin hüznlə başsağlığı veririk".

Mətbuat Şurasının yaydığı məlumatda isə deyilir:

"Qəzza zolağında Türkiyənin TRT telekanalının əməkdaşı Yahya Berzakın həlak olması böyük faciədir. Hadisə jurnalistikanın təhlükəli peşə reallığını bir daha sübuta yetirir, zaman-zaman müzakirəsi aparılan media və ekstremal şəraitlər mövzusunu ön plana çıxarır.

Müharibə və münaqişə zonalarında fəaliyyət göstərən jurnalistlərin üzləşdikləri faciələr, eyni zamanda, söz və ifadə azadlıqlarına, informasiya almaq hüququna zidd təmayül kimi meydana çıxır. Təəssüf ki, beynəlxalq aləm bu cür mənfi təmayüllərin qarşısında acizdir. Y.Berzak da məhz həmin acizliyin növbəti qurbanıdır. Müasir müstəqilliyi dövründə iki müharibə görmüş Azərbaycan jurnalistikasının da onun kimi qurbanları olub".

Mətbuat Şurası İdarə Heyətinin üzvləri Y.Berzakın Qəzzada həlak olmasından dərin kədər hislərini ifadə edərkən dünyanın müharibələrdən, münaqişələrdən və onların doğurduğu jurnalist ölümlərindən də uzaq məkana çevrilməsini arzulayır, TRT telekanalının timsalında bütövlükdə qardaş ölkə mediasına başsağlığı verir, mərhumun həmkarlarının və yaxınlarının üzüntülərini bölüşür, onlara səbr və dözüm diləyirlər.
Избранный
9
49
reyting.az

10Источники