RU

Papuaşvili: Bir neçə qrup Gürcüstan vətəndaşlarının səsvermə hüquqlarını həyata keçirməsinə mane olmağa çalışır

ain.az bildirir, Azertag portalına istinadən.

Tbilisi, 1 oktyabr, AZƏRTAC

Zorakılıqla bağlı bir fakt olsa belə, heç kim məsuliyyətdən və ictimai ifşadan qaça bilməyəcək. Cinayətkarlarla həmrəy olan bütün əcnəbilər haqqında çox yüksək səslə danışacağıq.

AZƏRTAC xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili büro iclasında bildirib.

O deyib ki, kənardan təhrik olunan bir neçə qrup Gürcüstanda demokratiyanı ləğv etməyə və ölkə vətəndaşlarının səsvermə hüquqlarını həyata keçirməsinə mane olmağa çalışır. Papuaşvili buna imkan verilməyəcəyini diqqətə çatdırıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
38
1
azertag.az

2Источники