RU

Marukyan Paşinyana qarşı HƏRƏKƏTƏ KEÇDİ

Ermənistanın “Parlaq Ermənistan” partiyasının lideri, vaxtilə Paşinyanın siyasətini müdafiə edən və onun xüsusi məsələlər üzrə səfiri olmuş Edmon Marukyan indi əks mövqedən çıxış edərək Avropa qurumlarına müraciət edib.

Musavat.com xəbər verir ki, o, AŞPA Monitorinq Komitəsinin məruzəçilərinə və Avropa Şurasının İnsan Hüquqları üzrə komissarına göndərdiyi məktubda kremlpərəst iş adamı Samvel Karapetyan və revanşist arxiyepiskop Mikael Acapaxyanın siyasi motivlərlə təqib olunduğunu bildirib.

Marukyanın sözlərinə görə, bu hallar söz azadlığına qarşı siyasi təqibdir və Avropa Şurasının əsas dəyərlərinin – insan haqları, demokratiya və hüququn aliliyinin pozulmasıdır. O, beynəlxalq tərəfdaşları Ermənistanda baş verənlərə göz yummamağa və “antidemokratik proseslərin Avropa sponsorları” olmamağa çağırıb.

Musavat.com

Избранный
21
1
musavat.com

2Источники