RU

TƏCİLİ: İtaliyada təyyarə QƏZAYA UĞRADI – Ölənlər var

İtaliyada Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb. Hadisə bu gün səhər ölkənin mərkəzində baş verib.

Olaylar.az xəbər verir ki, bu barədə "Corriere della Sera" qəzeti məlumat yayıb.

Məlumatda bildirilir ki, 70-ci aviasiya alayına məxsus T-260B tipli təyyarə təlim uçuşu zamanı Latsio bölgəsindəki Sabadia kommunasında yerə düşüb.

İtaliya Hərbi Hava Qüvvələrinin açıqlamasında bildirilib:

"Bu səhər 70-ci Hava Alayına məxsus T-260B təyyarəsi təlim missiyasını yerinə yetirərkən Sirseo Milli Parkı yaxınlığında naməlum səbəblərdən qəzaya uğrayıb".

"Rai News"un məlumatına görə, xilasedicilər qəza yerində iki hərbçinin cəsədini aşkarlayıb. Bildirilir ki, təyyarə milli parkın girişlərindən birinin yaxınlığında, həmin vaxt insanların olmadığı meşəlik əraziyə düşüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
14
2
olaylar.az

5Источники