RU

“Azərsun Holdinq” COP29-un nəticələrini rəhbər tutaraq innovativ yanaşmalar tətbiq edir

Azərbaycanda və regionda ərzaq sənayesinin liderlərindən olan  “Azərsun Holdinq” kənd təsərrüfatı, qeyri-qida və qida istehsalında iqlimə uyğun, innovativ və dayanıqlı yanaşmaları dəstəklədiyini bəyan edib.  

Bunu Bakı İqlim Fəaliyyəti Həftəsinin ikinci günündəki çıxışında “Azərsun Holdinq”in baş direktoru Savaş Uzan bildirib.

Baş direktor qeyd edib ki, şirkət artıq bir neçə ildir ki, səmərəli suvarma sistemləri, bio-gübrələrin istifadəsi, torpağın minimal pozulması və dron texnologiyalarının tətbiqi kimi müasir aqrotexniki üsulları geniş şəkildə tətbiq edir: “Bu istiqamətdə qurduğumuz innovativ sistemlər və alternativ enerji mənbələri, dayanıqlı kənd təsərrüfatına keçidi daha da sürətləndirir ”. Dominos pizza

Kiçik və orta fermer təsərrüfatları ilə əməkdaşlığın önəmindən danışan Savaş Uzan holdinqin həmin fermerlərlə daha dayanıqlı, dözümlü dəyər zənciri qurmağa çalışdığını vurğulayıb. O həmçinin qurulan əməkdaşlıqların dayanıqlı təsərrüfat metodlarının təşviqinə, yerli iqtisadiyyatın gücləndirilməsinə və aqrar biliklərin paylaşılmasına xidmət etdiyini bildirib.

“Azərsun Holdinq” məhsullarının “Made in Azerbaijan” yazısı ilə beynəlxalq arenada nümayiş edilməsinin unikal imkanlar yaratdığını qeyd edən baş direktor bu addımın yerli məhsulların həm keyfiyyət, həm də dayanıqlılıq göstəricisinin yüksək olduğundan irəli gəldiyini deyib. 

O həmçinin qeyd edib ki, şirkət COP29-un nəticələrini rəhbər tutaraq innovativ yanaşmaları tətbiq edir və tərəfdaşlarla birgə fəaliyyət göstərməklə genişmiqyaslı təsir yaratmağa çalışır. 


Telegram kanalımız
Избранный
8
16
yenisabah.az

10Источники