RU

MEDİA və Mətbuat Şurası TRT-nin əməkdaşının Qəzzada həlak olması ilə bağlı başsağlığı yayıb

Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurası Qəzza zolağında həlak olan Türkiyənin TRT telekanalının əməkdaşı Yəhya Bərzakla bağlı başsağlığı yayıb.

Bu barədə Azərbaycan Mətbuat Şurasından məlumat verilib.

Bildirilib ki, Qəzza zolağında Türkiyənin TRT telekanalının əməkdaşı Yəhya Bərzakın həlak olması böyük faciədir: "Hadisə jurnalistikanın təhlükəli peşə reallığını bir daha sübuta yetirir, zaman-zaman müzakirəsi aparılan media və ekstremal şəraitlər mövzusunu ön plana çıxarır.

Müharibə və münaqişə zonalarında fəaliyyət göstərən jurnalistlərin üzləşdikləri faciələr, eyni zamanda, söz və ifadə azadlıqlarına, informasiya almaq hüququna zidd təmayül kimi meydana çıxır. Təəssüf ki, beynəlxalq aləm bu cür mənfi təmayüllərin qarşısında acizdir. Y.Bərzak da məhz həmin acizliyin növbəti qurbanıdır. Müasir müstəqilliyi dövründə iki müharibə görmüş Azərbaycan jurnalistikasının da onun kimi qurbanları olub.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Y.Bərzakın Qəzzada həyatını itirməsindən dərin kədər hislərini ifadə edərkən, dünyanın müharibələrdən, münaqişələrdən və onların doğurduğu jurnalist ölümlərindən də uzaq məkana çevrilməsini arzulayır, TRT telekanalının timsalında bütövlükdə qardaş ölkə mediasına başsağlığı verir, mərhumun həmkarlarının və yaxınlarının üzüntülərini bölüşür, onlara səbr və dözüm diləyirlər.

Избранный
18
49
aznews.az

10Источники