RU

Qəzadan 10 gün sonra öldü

Paytaxtın Nəsimi rayonunda baş vermiş yol qəzasında xəsarət alan piyada vəfat edib.

"Cebheinfo.az" xəbər verir ki, hadisə sentyabrın 20-si saat 09 radələrində Nəsib bəy Yusifbəyli küçəsi 15-in qarşısında qeydə alınıb.

Emin Səfərov idarə etdiyi “VAZ - 2199” markalı avtomobillə yolu keçən 1971-ci il təvəllüdlü Mahirə Əlihəsən qızı Hacızadəni vurub.

Xəstəxanaya yerləşdirilmiş M.Hacızadə sentyabrın 30-u saat 08 radələrində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az" 

Избранный
11
6
cebheinfo.az

7Источники