RU

Azərbaycan özünümüdafiə hüququ çərçivəsində müharibə aparıb- ÖZƏL

"Azərbaycan Prezidenti cənab  İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edərək ölkəsinin keçmişindən gələcəyə uzanan yolunu, sülh strategiyasını və beynəlxalq platformada oynamaq istədiyi rolunu qətiyyətlə ortaya qoydu". "Olaylar" xəbər verir ki, bunu YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova deyib: "Dövlət başçısı çıxışında 30 ilə yaxın müddətdə Azərbaycanın təqribən 20 %-lik torpağının işğal altında qalmasını və bundan doğan insani faciələri xatırlatdı. O, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamənin işğalın dərhal, tam və qeyd-şərtsiz sonlandırılmasını tələb etdiyini, lakin Ermənistanın bu qətnamələrə əməl etmədiyini vurğuladı.
Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan 2020-ci ildə özünümüdafiə hüququ çərçivəsində müharibə aparmalı oldu. O, müharibənin beynəlxalq humanitar hüquqa uyğun şəkildə keçirildiyini, mülki şəxslərin müdafiəsinin təmin olunduğunu və qeyri-hərbi obyektlərin hədəfə alınmadığını vurğuladı. Dövlətimizin başçısı qələbədən dərhal sonra Azərbaycan tərəfindən sülhə çağırışların edildiyini və beş əsas prinsiplə yeni sülh müqaviləsinin layihəsinin irəli sürüldüyünü dedi. Danışıqların 2022-ci ilin oktyabrından 2025-ci ilin yayına qədər davam etdiyini, müxtəlif təxribata baxmayaraq nəticə verəcəyini bildirdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
12
olaylar.az

1Источники