Qeyd olunur ki, struktur islahatları zamanı beynəlxalq təcrübə və effektiv idarəetmə amilləri əsas götürülür. Yeri gəlmişkən, qonşu Türkiyədə də ekologiya və şəhərsalma məsələləri ilə eyni qurum - Çevrə, Şəhərçilik və İqlim Dəyişikliyi Nazirliyi məşğul olur. Azərbaycanda da məhz Türkiyə modelinin tətbiq ediləcəyi vurğulanır. Bu model bir sıra Avropa ölkələrində, məsələn, Fransada (Ekologiya, Davamlı İnkişaf, Nəqliyyat və Mənzil Təsərrüfatı Nazirliyi) da tətbiq olunur. Yaxud İsveçrədə ekologiya, nəqliyyat, energetika və rabitə sahələri ilə vahid qurum - Ətraf Mühit, Nəqliyyat, Energetika və Rabitə Nazirliyi məşğul olur.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта