RU

Onlara yüksək vəzifə verildi - Foto

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Kamran Nəsirov Sabirabad Dövlət Sosial-İqtisadi Kollecinin direktoru, Günel Qasımova isə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.

Bu barədə Axar.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd edək ki, Kamran Nəsirov Elm və Təhsil Nazirliyinin elan etdiyi bir neçə qrant müsabiqənin qalibi seçilib, həmçinin "Təhsil menecerlərinin peşəkar inkişafı" proqramında, ADA Universitetinin "Bir müəllimin manifesti" ixtisasartırma proqramında və bir çox layihələrdə iştirak edib.

Günel Qasımova isə 2018-ci ildə Azərbaycan Milli Konservatoriyasında laborant vəzifəsində əmək fəaliyyətinə başlayıb, daha sonra baş laborant və “Musiqinin tarixi və nəzəriyyəsi” kafedrasında müəllim kimi fəaliyyət göstərib.

Избранный
14
4
axar.az

5Источники