RU

“Qarabağ”ı budəfəki qonağı şikayət etməyəcək - FOTOLAR

Avrokuboklardakı təmsilçimiz “Qarabağ” növbəti oyuna çıxacaq.

Çempionlar Liqasının Liqa mərhələsinin II turundakı rəqib “Kopenhagen”dir.

İlk oyunda səfərdə “Benfika”nı 3:2 hesabı ilə məğlub edən ağdamlılar Danimarka çempionu ilə Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcək.

İndiki məqamda hər iki komandanın futbolçuları kimi, azarkeşləri də maraqlandıran əsas suallardan biri sözügedən stadionun ot örtüyünün vəziyyətidir. Xatırlayırsınızsa, “Ferenetsvaroş”un məşqçi və futbolçu heyəti Respublika stadionunun meydanından gileylənmişdi.

Sportinfo.az-ın əməkdaşı oyundan bir gün əvvəl arenaya baş çəkərək qazonun durumu ilə yerində tanış olub.

Avqustda “Ferentsvaroş”la baş tutan oyunla müqayisədə örtüyün vəziyyətinin kifayət qədər yaxşı olduğunu deyə bilərik. Sözsüz, görünüş ideal deyil, lakin pis də demək olmaz.

Bəzi yerlərdə, xüsusən də qapıçı meydançasında nöqsanlar nəzərə çarpır. Bu isə yay ayları ilə müqayisədə şükürlüdür.

Havalar sərinləşməyə doğru getdikcə otun keyfiyyətinin qaydasına düşəcəyi ehtimal olunur. Bir sözlə, “Kopenhagen”lə qarşılaşmada qazonla bağlı ciddi problem yaşanmayacaq.

Oktyabrın 1-də gerçəkləşəcək oyun saat 20:45-də start götürəcək.

HƏBİB / SPORTİMFO.AZ

Избранный
11
sportinfo.az

1Источники