RU

Həştərxanda azərbaycanlıdan müsadirə edilən pul… – Qərar

Həştərxan hava limanında maraqlı hadisə baş verib. Bakıdan gələn Azərbaycan vətəndaşı gömrükdə “yaşıl dəhliz”dən keçərək yanında bəyan ediləcək heç bir mal və ya vəsait olmadığını bildirib. Lakin sonradan o özü 10 min 200 ABŞ dolları və 41 min 250 rubl (təxminən 863 manat) apardığını etiraf edərək vəsaiti gömrükçülərə təhvil verib.

KONKRET.az axaraz-a istinadən xəbər verir ki, bu barədə yerli KİV-lər məlumat yayıb.

Məlumatına görə, məhkəmə həmin şəxsi gömrük qaydalarının pozulmasında təqsirli bilib və ona cərimə tətbiq edib. Pul vəsaitinin isə sahibinə qaytarılması qərara alınıb.

Lakin azərbaycanlı məhkəmənin qərarından sonra öz pullarını götürməyə gəlməyib. Hazırda Həştərxan gömrüyü vəsaitlərin dövlətin xeyrinə keçirilməsi üçün məhkəməyə müraciət edib.

Избранный
11
2
konkret.az

3Источники