RU

Rusiyada saxta spirtli içki faciəsi: Ölənlərin sayı artdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiyanın Leninqrad vilayətində tərkibində metanol olan saxta spirtli içkidən ölənlərin sayı 38 nəfərə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Qeyd olunur ki, bunlar yalnız rəsmi şəkildə təsdiqlənmiş hallardır.
Məlumata görə, ölənlərin hamısı ölümcül surroqatı bir nəfərdən - artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılan 78 yaşlı təqaüdçü Nikolay Boytsovdan alıblar. Qeyd etmək lazımdır ki, Boytsov bundan əvvəl də spirtli içkilərin qeyri-qanuni dövriyyəsinə görə məsuliyyətə cəlb olunub.
Faciənin episentri ilk kütləvi zəhərlənmə hallarının qeydə alındığı Slantsı şəhəri və Qostistı kəndi olub. Regional səhiyyə komitəsinin mütəxəssislərinin rəyinə görə, insanlar metanoldan zəhərlənmə nəticəsində ölüblər ki, zəhərli maye olan metanol zahiri görünüşü və qoxusu baxımından etil spirtindən praktiki olaraq fərqlənmir.
Daha əvvəl Leninqrad vilayətinin prokurorluğu surroqat spirtli içkilərin yayılmasında əli olan səkkiz nəfərin, o cümlədən Boytsovun həbsi barədə məlumat vermişdi.
Избранный
42
50
oxu.az

10Источники