RU

Ukraynaya Rusiyanın dondurulmuş aktivlərindən daha 4 milyard göndərildi

Avropa Komissiyası Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya doqquzuncu tranşı ayırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı Avropa Komissiyası yayıb. 

Bununla da, Ukraynaya 4 milyard avro vəsait göndərilib. Bu məbləğin yarısı pilotsuz uçuş aparatlarının istehsalı üçün nəzərdə tutulub. 

Qeyd edək ki, Avropa İttifaqı, G7 ölkələri və Avstraliya Rusiyanın dövlət aktivlərindən təqribən 280 milyard dolları dondurub. 2024-cü ilin mayında isə Aİ Ukraynaya yardım üçün dondurulmuş aktivlərdən istifadəni təsdiq edib. Bu təşəbbüs Ukraynaya 45 milyard avro həcmində maliyyə yardımının ayrılmasına yönəlib.

Избранный
8
2
bakivaxti.az

3Источники