RU

Zelenski qətlə yetirilən Parubiyə “Ukrayna Qəhrəmanı” adını verdi

Ukrayna prezidenti Volodimir Zelenski Ali Radanın sabiq sədri Andrey Parubiyə ölkənin ən yüksək fəxri adı olan “Ukrayna Qəhrəmanı” titulunu (ölümündən sonra) verib. 

Bizim.Media xəbər verir ki, dövlət başçısının imzaladığı müvafiq sərəncam prezidentin ofisinin saytında dərc olunub.

Sənəddə deyilir: “Ukraynanın xalq deputatı Parubiy Andrey Vladimiroviçə — dövlət ordeni ilə təltif olunmaqla “Ukrayna Qəhrəmanı” adı verilsin (ölümündən sonra)”.
 

Parubiy bu ada “Ukraynanın müstəqilliyinin formalaşmasındakı xidmətlərinə, siyasi və ictimai fəaliyyətinə görə” layiq görülüb.


Xatırladaq ki, Andrey Parubiy 30 avqustda Lvovda qətlə yetirilib. Killer küçədə siyasətçiyə bir neçə dəfə atəş açaraq hadisə yerindən qaçıb. Parubiy həkimlər gələnədək dünyasını dəyişib.

Hadisə ilə bağlı şübhəli şəxs, sabiq Rada spikerinin qatilı hesab edilən Mixail Sçelnikov saxlanılıb və məhkəmədə ifadə verib.

O, Rusiya xüsusi xidmət orqanlarının bu işdə əli olduğunu inkar edib və “Ukrayna hakimiyyətindən şəxsi intiqam” aldığını bildirib. 

Sçelnikovun sözlərinə görə, oğlu Baxmut döyüşlərində həlak olub və Parubiyin yerində ölkənin digər tanınmış siyasətçilərindən biri, məsələn, Pyotr Poroşenko da ola bilərdi.

Bizim.Media

Избранный
18
1
bizim.media

2Источники